5 Ağustos 2014 Salı

Vətənşüvən



Salam Xalqım.Əslin də bu yazını sənə çoxdan yazmaq istəyirdim düzü bir çox səhf olacaq yazıda ona görədə səndən indidən üzür istəyirəm.Mən bir gəncəm xalqım səni canındanda çox sevən bir gənc.Vətənim üçün hər şeyi eləmək istəyən və əlindən gələni eləyən bir gənc ama əslində belə deyil sosial şəbəkələrdə məni belə tanıyırlar.Hər gün bəyəni toplamaq,məhşur olmaq üçün facebook da səni sevdiyimi yeri gəldikdə müharibəyə gedəcəyimi yazıram ama helə deyiləm əksinə müharibə olsa hər kəsdən qabaq ölkəni tərk edəcəm.Dediyim kimi sadəcə cool olmaq üçün yazırdım bunları paylaşırdım ki "Gedək alaq torpaqları.Bəsdir Artıq" əslindəysə qorxağın biriyəm.Mənim bir səhifəm var o standart xD səhifələrindəndi bəyəni toplamaq üçün Mübarizdən,Fəriddən,Elçibəydən,Rəsulzadədən paylaşıram eh nə vecimə axı şəhid vermişik ya bu ölkəni kim qurub.Mən günümü book kafelər də pivə içməknən keçirirəm mənə şəhid lazımdı? hə əslində lazımdı yoxsa o olmasaydı nə ilə cool görsənərdim camiada? Əslində ara sıra qrandda alıram biraz pul basırlar cibimə ki çıx başla İSTEFA qışqır məndə çıxıb qışqırıram bir iki dəfə polis tutur sonra yuxarıdan zəng gəlir və məni buraxırlar hər kəs qəhrəman kimi qarşılayır məni camiada artıq tanınmış insanlardanam gündə bir qızla gəzib əylənirəm,seçki qabağıysa yenə eyni mövzuyla çıxıb HAKİMİYYƏT İSTEFA qışqırıb yenə otururam öz yerimdə.Yəni Xalqım anlayacağın mən sifarişlə işləyən biriyəm ama özümü sənə Şərəfli,Vətənsevər,Ölkəsi üçün hər şeyi etməyə hazır biri kimi tanıtmışam.Üzür istəyəcəm? Yox çünki istəsəmdə cibimə biraz pul basan kimi yenə eyni adam olacam

0 yorum:

Yorum Gönder