29 Eylül 2014 Pazartesi

Kommunizm və Humanistlik


Bu Yazımı əsasən SSSR vaxtına və indiki neokommunistlərə dayanaraq yazacam.Bir çox insan məni rasist bəziləri nasist olaraq tanıyır və tanıyanların hamısı humanizmə nifrət etdiyimi yaxşı bilir bəs nəyə görə?
İndi hansı sol görüşdə ki insandan soruşsan deyəcək ki humanistəm və SSSR ni tərifləməyə başlayacaq.Bəs bu "Humanist" SSSR yaxı idisə nəyə görə belə tez bir zamanda dağıldı?
Bu sualın cavabı çox asanddı məncə SOYQIRIM və QƏTLİAMLAR!
SSSR və indiki NeoKommunistlər sözdə işçilərin əsasən fəhlələrin haqlarını müdafiə edir və əzilən xalqların yanında olur gəlin tarixə nəzər salaq görə bu həqiqətən belədirdmi?
1940-cı İl KATYN  QƏTLİAMI - Sovet lideri Josef Stalinin əmriylə 22.000 Polşalı Sivil və Əsgərlər başlarına 1 güllə vurulmaq sürətiylə qətlə yetirilir!
16 İyun 1953 BERLİN QƏTLİAMI - Sovyetlərə bağlı olan Almanya Demokratik Cumhuriyyıtin də 300 işçi Maaşlarının artırılması və iş saatlarının azaldılması üçün grev elədilər.Bu grev böyük bir xalq ayaqlanmasına çevrildi və 100 min insan toplanaraq Hökümət Binasına tərəf yeriməyə başladı.Maaş və iş saatı ilə başlayan tələblər Azadlıq istəyən siyasi mitinqlərə dönüşdü.Polis baş edə bilməyincə sizcə noldu? Eynən 3il sonra 1956 Macaristanda,15 il sonra 1968 Çexslovakiyada və 37 il sonra Bakıda olacağı kimi Sovet tankları gəldi.Yüzlərlə tank və 30 min Sovet əsgəri ADC nin paytaxtı Berlinə gəldi və mitinq edən işçi sinifinin üstünə atəş açdı və 513 nəfər meydanda öldürüldü,Minlərlə insan həbs olundu,Həbs edilənlərdən 106 nəfər edam olundu və beləliklə Sovetlər ona qarşı ayaqlanmış işçi sinifinin isyanını bastıra bildi.
24 oktyabr - 5 noyabr 1956  Macarıstanın Paytaxtı BUDAPEŞT QƏTLİAMI - Bu səfər Sovyet ordusu 3 min tank və 150 min əsgərlə gəlmişdilər.Macarlar sovyetlərə qarşı molotof və ov tüfəkləriylə vuurşdular.Salamat olan tək radio stasiyasından Birləşmiş millətlər və digər Beynəlxalq nümayəndələrə onlara kömək etmələri üçün çağırış etsələr də kömək gəlmədi və 5 noyabr 1956 tarixin də sovyet ordusu tərəfindən 3000 Sivil Macar Qətl Edildi!
20 Yanvar 1990 BAKI QƏTLİAMI - Azaqlıq üçün küçələr tökülmüş minlərlə Azərbaycan Vətəndaşı Artıq Sovyetlərin Tərkibin də Qalmaq İstəmirdi.Əbülfəz Elçibəyin Liderlik Etdiyi Ayaqlanma 1990 20 Yanvar Günü Qana Boyandı.19 Yanvar Axşamı Əbülfəz Elçibəyin Sovyet Ordusunun Gəlişindən Xəbər Tutmasından Sonra Xalqa Evlərinə Getməsini Söylədi.Eyni gün görünən naməlum bir maşın Xalqı Təkrar Küçələrə Tökdü və Sovyet Ordusuna Atəş açılmasıda elə həmin maşından olmuşdu.Sovyetlərin Guya Erməniləri Qorumaq Adıyla Bakıya girməsi və 143 dinc vətəndaşı öldürməsi də Kommunizmin və SSSR nin humanistliyinin bir göstərgəsidir

5 Ağustos 2014 Salı

Vətənşüvən



Salam Xalqım.Əslin də bu yazını sənə çoxdan yazmaq istəyirdim düzü bir çox səhf olacaq yazıda ona görədə səndən indidən üzür istəyirəm.Mən bir gəncəm xalqım səni canındanda çox sevən bir gənc.Vətənim üçün hər şeyi eləmək istəyən və əlindən gələni eləyən bir gənc ama əslində belə deyil sosial şəbəkələrdə məni belə tanıyırlar.Hər gün bəyəni toplamaq,məhşur olmaq üçün facebook da səni sevdiyimi yeri gəldikdə müharibəyə gedəcəyimi yazıram ama helə deyiləm əksinə müharibə olsa hər kəsdən qabaq ölkəni tərk edəcəm.Dediyim kimi sadəcə cool olmaq üçün yazırdım bunları paylaşırdım ki "Gedək alaq torpaqları.Bəsdir Artıq" əslindəysə qorxağın biriyəm.Mənim bir səhifəm var o standart xD səhifələrindəndi bəyəni toplamaq üçün Mübarizdən,Fəriddən,Elçibəydən,Rəsulzadədən paylaşıram eh nə vecimə axı şəhid vermişik ya bu ölkəni kim qurub.Mən günümü book kafelər də pivə içməknən keçirirəm mənə şəhid lazımdı? hə əslində lazımdı yoxsa o olmasaydı nə ilə cool görsənərdim camiada? Əslində ara sıra qrandda alıram biraz pul basırlar cibimə ki çıx başla İSTEFA qışqır məndə çıxıb qışqırıram bir iki dəfə polis tutur sonra yuxarıdan zəng gəlir və məni buraxırlar hər kəs qəhrəman kimi qarşılayır məni camiada artıq tanınmış insanlardanam gündə bir qızla gəzib əylənirəm,seçki qabağıysa yenə eyni mövzuyla çıxıb HAKİMİYYƏT İSTEFA qışqırıb yenə otururam öz yerimdə.Yəni Xalqım anlayacağın mən sifarişlə işləyən biriyəm ama özümü sənə Şərəfli,Vətənsevər,Ölkəsi üçün hər şeyi etməyə hazır biri kimi tanıtmışam.Üzür istəyəcəm? Yox çünki istəsəmdə cibimə biraz pul basan kimi yenə eyni adam olacam